Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Politoloq: XİN rəhbərləri indi konkret təklifləri müzakirə edirlər

“Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin bu gün Vyanada baş tutacaq görüşünü həlledici adlandırmaq olmaz. Hər iki ölkənin XİN rəhbərləri lazımi yerdə, lazımi vaxtda olublar.

Bildiyimiz kimi,  Avstriya ATƏT-ə sədrlik edən ölkədir və sədrliyin illik nəticələri üzrə XİN  rəhbərlərinin görüşünü keçirir. Azərbaycan və Ermənistan XİN rəhbərləri də bu görüşdə iştirak etmək üçün hazırda Vyanadadırlar.  Bu da bəzi məsələləri müzakirə etməyə əlavə imkanlar yaradır”.

Mynews.az-ın məlumatına görə, Bunu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin bu gün Vyanada  baş tutacaq görüşünü şərh edərkən “Cənubi Qafqaz”  Politoloqlar Klubunun rəhbəri  İlqar Vəlizadə deyib.

“Danışıqlar prosesinin hazırkı mərhələsində tərəflərdə maraq doğuran konkret təkliflər irəli sürülüb. Ona görə də biz hazırda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin bu təklifləri nəzərdən keçirdiyini və onların nəticəsində qərar qəbul etmək üçün görüşlərin intensivləşdiyini müşahidə edirik. 

Düşünürəm ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin yaxın zamanlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə görüşünün növbəti mərhələsi baş tutacaq.  

Belə ki, Rusiyanın XİN rəhbərinin cari ilin noyabrında regiona səfəri rəsmi Moskvanın da bu təkliflərin ciddi surətdə müzakirə olunmasında və konkret qərarlar qəbul edilməsində maraqlı olduğunu göstərir". 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...