Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Elçin Quliyev: Qarabağdan qeyri-qanuni məqsədlərlə istifadə edilir

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Baş Plan və Prinsiplər İdarəsinin rəisi general-polkovnik Yavuz Türkgəncin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

DSX-dan Mynews.az-a verilən məlumata görə, görüşdə Azərbaycan Dövlət Sərhəd Xidməti və Türkiyə Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Azərbaycanın dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərdən qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunub.

Transsərhəd cinayətkarlığı ilə mübarizədə həyata keçirilmiş tədbirlər, Dövlət Sərhəd Xidmətində aparılan islahatlar, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib.

Tərəflər arasında hərbi və hərbi-texniki sahədə əlaqələrin dərinləşdirilməsi, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin aparılması və birgə tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Görüşdə Türkiyənin Bakıdakı səfiri Erkan Özoral da iştirak edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...