Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ağdamda vəziyyət necədir? - RƏSMİ AÇIQLAMA

Hazırda Ağdam rayonunda vəziyyət normaldır. Gecə saatlarında kəndlərə baş çəkərək, insanlarla görüşdük. Ciddi problem yoxdur, hər şey qaydasındadır.

Mynews.az-ın məlumatına görə, bunu AzVision.az-a açıqlamasında Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov deyib. 

Onun sözlərinə görə, sosial şəbəkələrdə insanların evləri tərk etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Heç kim evini tərk etməyib. Hamı əvvəlki günlərdə olduğu kimi öz həyatını yaşayır”.

Qeyd edək ki, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...