Sudan səfiri: Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir
Azərbaycan prezidenti İlham Əliyev Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abbas Mustafa Əhməd Abdallayın etimadnaməsini qəbul edib.
Mynews.az-ın məlumatına görə, səfir Abbas Mustafa Əhməd Abdallay fəxri qarovul dəstəsinin qarşısından keçib.
O, etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı ölkələrimiz arasında münasibətlərin yaxşı səviyyədə olduğunu qeyd edərək əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Prezident İlham Əliyev qeyd edib ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT-də və İslam Əməkdaşlıq Təşkilatında fəal əməkdaşlıq həyata keçirir.
Dövlət başçısı ümidvar olduğunu bildirib ki, Abbas Mustafa Əhməd Abdallay səfirlik fəaliyyəti dövründə əlaqələrimizin müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, investisiya, humanitar sahələrdə daha da möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcək.
Səfir Abbas Mustafa Əhməd Abdallay isə qeyd edib ki, Sudan prezidenti ona dost Azərbaycanla iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylər göstərilməsi ilə bağlı tapşırıq verib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir bildirib ki, bu məsələ ilə bağlı Sudan Respublikasının mövqeyi dəyişməzdir və dəyişməz olaraq qalacaq: “Azərbaycanın işğal altındakı bütün torpaqları azad olunmalı və ərazi bütövlüyü bərpa edilməlidir”.
Səfir Abbas Mustafa Əhməd Abdallay ölkəsinin Azərbaycanla iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu deyib.
Prezident İlham Əliyev Sudan Respublikasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində tutduğu ədalətli mövqeyə görə təşəkkürünü bildirib.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 987 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 962 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 951 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 950 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 947 dəfə oxunub