Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nalbandyan: Türkiyə ilə imzalanan normallaşma protokolunu ləğv edəcəyik

“2018-ci ilin baharını Ermənistan-Türkiyə protokolları olmadan qarşılayacağıq”. 

Mynews.az News.am-a istinadən xəbər verir ki, bu bəyanatla Yunanıstanda səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan çıxış edib.

“Bildiyiniz kimi, Ermənistan prezidentinin təşəbbüsü ilə Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinə başlanılmışdı. Bu da 2009-cü ildə Sürixdə protokolların imzalanmasına gətirib çıxardı. Lakin həmin sənədlər hələ də ratifikasiya olunmayıblar. Belə ki, Türkiyə tərəfi protokollara zidd olan şərtlər irəli sürüb. Ermənistan prezidenti protokolların həyata keçirilməsində heç bir irəliləyiş olmadığı üçün BMT-nin Baş Assambleyasında onların ləğv ediləcəyi bəyanatı ilə çıxış edib. Beləliklə, biz 2018-ci ilin yazını bu protokollarsız keçirəcəyik”, - deyə Nalbandyan bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...