Probasiya xidmətinə yeni rəis təyin olundu - EKSKLÜZİV
Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə prezident İlham Əliyevin sərəncamına əsasən yaradılmış Ədliyyə Nazirliyinin Probasiya xidmətinə yeni rəis təyin olunub.
Mynews.az xəbər verir ki, bu vəzifə Akşin Ziyadova həvalə edilib.
Qeyd edək ki, buna qədər Akşin Ziyadov Nizami rayon prokuroru vəzifəsində çalışıb.
Xatırladaq ki, Probasiya xidməti penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması, müasir texnoloji vasitələrin tətbiq edilməsi və cəza siyasətinin humanistləşdirilməsini təmin edəcək.
Yeni xidmət cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir informasiya-kommunikasiya texnologiyalarından istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələri tətbiq edəcək.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 967 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 929 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 920 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 919 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 917 dəfə oxunub