Rusiya XİN Qarabağ münaqişəsinin nizamlanması barədə
Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün gələcəkdə də vasitəçilik köməyi göstərəcək.
Mynews.az-ın məlumatına görə, bunu "Moskva-Bakı" portalına 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işlərin yekununu şərh edərkən Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və mətbuat departamentindən bildiriblər.
Nazirlikdən deyiblər ki, başa çatmaqda olan ildə Rusiya daxil olmaqla, vasitəçilərin səyləri münaqişə tərəfləri arasında hərbi risklərin azaldılmasına və birbaşa dialoqun bərpa olunmasına yönəlib: "Bu işin gözəçarpan nəticəsi oktyabrda Ermənistan-Azərbaycan sammitinin keçirilməsi oldu. Burada qoşunların təmas xəttində gərginliyin azaldılmasına kömək edəcək danışıqlar prosesinin intensivləşdirilməsi və əlavə tədbirlərin görülməsi razılaşdırıldı. Biz prezidentlərin sammitdən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə silsilə görüşlərdə fəal iştirak etməklə bağlı qərarını alqışlayırıq və tərəfləri vasitəçilərin təklifləri əsasında kompromislərin səmərəli axtarışına çağırırıq. Gələcəkdə də ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birgə həlli uzanan bu münaqişənin sülh yolu ilə nizamlanmasına vasitəçilik köməyi göstərəcəyik".
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 582 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 569 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 565 dəfə oxunub