Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Putinlə Ərdoğan arasında telefon danışığı baş tutub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya dövlət başçısıVladimir Putin arasında telefon danışığı olub.

Mynews.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat verir.

Məlumata əsasən, R.Ərdoğan BMT Təhlükəsizlik Şurasında və Baş Assambleyasında müzakirələr zamanı Qüdslə bağlı qətnamə layihəsini dəstəklədiyinə görə Rusiyaya minnətdarlığını bildirib.

Söhbət zamanı Suriyadakı vəziyyətlə bağlı  müzakirələr aparılıb. Eləcə də, Rusiya və Türkiyə prezidentləri ikitərəfli əməkdaşlığın bütün istiqamətlər üzrə uğurlu inkişafı ilə bağlı aktual məsələlərə toxunublar. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...