Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu gün Moskvada MDB ölkə başçılarının qeyri-rəsmi sammiti keçiriləcək

Bu gün Moskvada MDB ölkələrinin dövlət başçılarının qeyri-formal görüşü baş tutacaq. 

Bu barədə Mynews.az Oxu.Az-a istinadən xəbər verir. 

Toplantıda Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Moldova prezidenti İqor Dodon, Özbəkistan prezidenti Şövkət Mirziyoyev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Tacikistan prezidenti Emomali Rahmon iştirak edəcəklər. 

Sammitdə Rusiyanın 2017-ci ildə MDB-yə sədrliyinə yekun vurulması və müxtəlif sahələrdə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılması gözlənilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...