Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mir Cəfər Bağırovdan namus söhbətinə inanılmaz - CƏZA

Zddiyyətli dövlət xadimi Mir Cəfər Bağırovla bağlı çox maraqlı bir hadisəni oxuculara təqdim edir.

Müharibənin qızğın vaxtında Bağırov 416-cı Taqanroq diviziyası ilə görüşə gedir. Ayrılarkən əsgərlərə "kimin nə sözü var” deyə, müraciət edir. Gənc bir əsgər əlindəki məktubu ona uzadır. Mir Cəfər soruşur:

- Məktubda nə yazılıb?

- Sizdən utanıram, yoldaş Bağırov.

- Yenə soruşuram, orada nə yazılıb?

Oğlan utana-utana Bağırova həqiqəti deyir: - Yevlaxın kəndindənəm. Mən cəbhəyə gəlməmişdən 6 ay qabaq toyumuz olmuşdu. Əsgərliyə gələndən sonra rayonumuza gələn milis rəisi nişanlımı görüb, ona gözü düşüb. Həmin gündən kənd sovetini və kolxoz sədrini gözümçıxdıya salıb ki, o gəlini mənə düzəltməsəniz hər ikinizi ya cəbhəyə göndərəcəyəm, ya da həbs etdirəcəyəm. O gündən kolxoz sədri ilə kənd soveti qıza yalvarır ki, onsuz da yoldaşın cəbhədən qayıdan deyil. Sən ona razılıq ver, bizi də qana-qadaya salma. Nişanlım (əslində arvadıdır. Sadəcə Bağırovdan utanaraq elə deyir) da razı deyil. Məktubda yazır ki, özümü öldürməkdən başqa çarəm qalmayıb.

Mir Cəfər Bağırov oğlanı təyyarə ilə vətənə gətirir, milis rəisini, sədrləri və gəlini çağırır, hər şeyin doğru olduğunu biləndən sonra milis rəisini kəndin ortasında camaatın gözü qarşısında güllələyir, kolxoz sədrini və kənd sovetini döyüşün ön xəttinə göndərir. Gənc əsgərə deyir:

- Bu qeyrətli gəlinin məktubuna görə səni gətirdim. Səni öz kəndinə kolxoz sədri qoyuram. Bayaq gördüyün hadisə sənə ibrət olsun. Hər bir ailəyə namusla, qeyrətlə yanaş, hamıya o qeyrətli qadının kimi münasibət bəslə.

Xatirə Sədnik Paşa Pirsultanlının "Mir Cəfər Bağırov yaddaşlarda" kitabından götürülüb.

Enter.News

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...