Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Cəbhədə erməni təxribatı: - Onların bu əməlləri "gözdən pərdə asmaqdır" - VİDEO

Fevralın 24-dən 25-ə keçən gecə Ermənistan ordusunun cəbhəboyu ərazilərdə irimiqyaslı təxribata əl atması aprel döyüşlərindəki itki və məğlubiyyətindən qaynaqlanır.

Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, nəticədə 5 hərbi qulluqçumuz şəhid olduğu, düşmən tərəfinin xeyli itki verdiyi hadisələri şərh edən hərbi ekspert, ehtiyada olan polkovnik Məhərrəm Cahangirov deyir ki, ermənilərin hələ də aprel döyüşlərini həzm edə bilmir. Ekspertin sözlərinə görə bu yaxınlarda qondarma Dağlıq Qarabağ respublikasında keçirilmiş referendumdan diqqəti yayındırmaq da bu təxribatların həyata keçirilməsinə təkan verib.

Ekspert deyir ki, döyüş meydanında qalmış hərbçilərin meyitlərinin götürülməsini ləngitmələri onların acizliyinin göstəricisidir. Ekspertin sözlərinə görə ermənistan ordusu müxtəlif silahlardan vaxtaşırı olaraq təxribat törətməklə heç nəyə nail ola bilməyəcəklər. İlk növbədə ona görə ki onların ordusu və dövləti o potensialda deyil.

Ermənistan rəhbərliyi öz hakimiyyətinin vaxtını uzatmaq üçün tez-tez belə təxribatlara əl atmaqla azərbaycan ordusunu təşvişə sala bilməz. Belə ki, milli ordumuz ən müasir silahlara malikdir.

 

Bundan əlavə hərbçilərimizin döyüş ruhu da xalqımızı və dövlətimizi hər an qələbəyə apara bilər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...