Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şimali və Cənubi Koreya arasında danışıqlar başladı

Pxanmundjom sərhədyanı məntəqəsində Şimali və Cənubi Koreyadan olan nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

Mynews.az bu barədə Oxu.Az-a istinadən xəbər verir.

Qeyd olunur ki, hər iki ölkənin nümayəndə heyətləri arasında görüş yerli vaxtla 10:00 radələrində start götürüb.

Cənubi Koreya nümayəndə heyətinə milli birləşmə məsələləri üzrə nazir Ço Myon Qün, KXDR-dən isə vətənin sülh yolu ilə birləşməsi üzrə dövlət komitəsinin sədri Li Son Qvon başçılıq edir.

Bundan əvvəl verilən məlumata görə, diplomatlar görüşdə Şimali koreyalı idmançıların Pxençan şəhərində keçirilən Qış Olimpiya Oyunlarında potensial iştirakı məsələsini müzakirə edəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...