Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Naxçıvanda şəhid Tural Haşımlı böyük izdihamla qarşılandı - FOTOLAR

Naxçıvanda şəhid Tural Haşımlının cənazəsi böyük izdihamla qarşılandı.

Mynews.az  naxcivanxeberleri.com-a istinadən xəbər verir ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş baş leytenant Haşımlı Tural Əbdül oğlunun cənazəsi Naxçıvan Beynəlxalq Hava Limanında minlərlə insan tərəfindən qarşılanmışdır.

Naxçıvan əhalisi öz şəhidini böyük ehtiramla qarşılayıblar.

Hazırda 1000-ə yaxın avtomobil karvanının müşayiəti ilə şəhidin cənazəsi doğulduğu Ordubad rayonuna aparılır.

Allah rəhmət etsin! Başın sağ olsun VƏTƏN!!!

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...