Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Savalan Mirzəyev: Göksel Gülbeyin iddiaları doğru deyil

Türkiyənin “Əsassız Erməni İddialarına qarşı İttifaq” (ASİMDER) adlı təşkilatının rəhbəri Göksel Gülbeyin ASALA erməni qruplaşması yaraqlılarının Gürcüstana geri dönməsi və digər bu yöndəki fikirləri ilə qətiyyən razı deyiləm.

Mynews.az xəbər verir ki, bunu Gürcüstan parlamentində təmsil olunan və hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasından olan  Azərbaycan əsilli millət vəkili Savalan Mirzəyev deyib.

“Açıqlamada deyilənlərlə heç bir halda razı deyiləm. Adıçəkilən təşkilatla bağlı heç bir məlumat yoxdur. Gürcüstan dövləti bütün vətəndaşlarının təhlükəsizliyini təmin edir. O cümlədən, Gürcüstanda yaşayan azərbaycanlıların hər hansı bir təhlükə ilə qarşı-qarşıya olması məqamı və faktı yoxdur”, - deyə S.Mirzəyev sözlərinə əlavə edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...