Azərbaycan İtaliyanın dialoqa yardım niyyətini dəstəkləyir
Azərbaycan ATƏT-in İtaliya sədrliyinin hərbi-siyasi məsələlər üzrə dialoqa yardım etmək niyyətini dəstəkləyir.
Mynews.az xəbər verir ki, Azərbaycan nümayəndə heyəti bunu ATƏT-in Daimi Şurasının Vyanada keçirilən xüsusi iclasında ATƏT-ə sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfanonun çıxışına cavab olaraq bəyanatında bildirib.
Bəyanatda qeyd olunub ki, Azərbaycan İtaliyanın bu çətin dövrdə təşkilata sədrliyin məsuliyyətini üzərinə götürmə istəyini yüksək qiymətləndirir:
“Bizim italiyalı həmkarlarımız qarşıda duran vəzifələrin həyata keçirilməsində Azərbaycan nümayəndə heyətinin aktiv və konstruktiv iştirakına ümid edə bilər”.
Nümayəndə heyəti bəyanatda qeyd edib ki, mövcud münaqişələr milyonlarla insanı onların əsas hüquq və azadlıqlarından məhrum edir:
“Onların bu çətin vəziyyətini yalnız münaqişədə olan ölkələrin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığı əsasında ədalətin bərpası və qanunun aliliyi yolu ilə səmərəli şəkildə həll etmək olar. Bəzi ölkələr tərəfindən tətbiq edilən ikili standartlar münaqişələrin sülh yolu ilə həlli istiqamətində səylərə mane olur”.
Nümayəndə heyəti bildirib ki, Azərbaycan irqçilik, ksenofobiya, dözümsüzlük və ayrıseçkiliyin bütün formaları ilə mübarizədə İtaliya sədrliyinin səylərini dəstəkləyir:
“Multikulturalizm və mədəniyyətlərarası dialoqun güclü tərəfdarı kimi Azərbaycan bu sahədə İtaliya sədrliyinin təşəbbüslərini dəstəkləməyə hazırdır”.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 988 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 952 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 942 dəfə oxunub