Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi bəlli oldu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik daha bir il bu vəzifəyə seçilib.

Mynews.az ATƏT Katibliyinə istinadən məlumat verir ki, qərar ATƏT-in Daimi Şurasının iclasında qəbul edilib.

Qeyd edək ki, A.Kaspşik 1997-ci ildən bu vəzifədədir və artıq 21-ci dəfə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi təyin olunub.

A.Kaspşik mandatına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə ATƏT-in fəaliyyətdə olan sədrini təmsil edəcək. O, münaqişənin sülh yolu ilə uzunmüddətli həllinə nail olunması üzrə həmsədrlərin səylərinə töhfə verəcək.

A.Kaspşik ATƏT-in münaqişə zonasında müntəzəm keçirilən monitorinq missiyalarında iştirak edir, eləcə də, ATƏT-in Minsk qrupunun bütün görüşlərdə, o cümlədən həmsədrlərin Azərbaycan və Ermənistan rəsmiləri ilə görüşlərində iştirak edir.

ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Günter Baxler də fəaliyyətini davam etdirəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...