Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Lavrov Azərbaycanla strateji əməkdaşlıq haqqında danışdı

Rusiya və Azərbaycanın münasibətləri bu ölkələrin prezidentləri və xarici işlər nazirləri arasındakı intensiv dialoqa əsaslanır.

Mynews.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov  2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında danışıb.

“Ötən il azərbaycanlı həmkarlarımla qarşılıqlı görüşlər keçirmişik. Mütəmadi olaraq iki ölkə arasında humanitar tədbirlər keçirilir. Humanitar forum və digər tədbirləri buna misal göstərmək olar. İki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi və investisiya həcmi artmaqdadır. Bu münasibətlər öz məcarasında aparılır. Ona görə də onların reqlamentasiyası üçün xüsusi sənədlər tələb olunur. Hökumətlərarası komissiya müxtəlif sahələrdə əməkdaşlıq edir. Azərbaycanla strateji əməkdaşlıq bizi qane edir”, – deyə Serqey Lavrov bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...