NATO Azərbaycana təşəkkür etdi - FOTO
Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov NATO-nun Avropadakı Silahlı Qüvvələrinin komandanı, ordu generalı Körtis Skaparroti ilə görüş keçirib.
Mynews.az bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, görüş zamanı Q. Məmmədov Azərbaycanda aparılan müdafiə islahatları, NATO ilə qarşılıqlı operativ uzlaşmanın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər və regionda vəziyyət haqqında həmsöhbətinə məlumat verib. General K. Skaparroti Azərbaycan tərəfinin NATO ilə tərəfdaşlıqda əldə etdiyi tərəqqini və Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” əməliyyatına Azərbaycanın töhfəsini yüksək qiymətləndirib.
NATO tərəfi prezident İlham Əliyevin NATO-ya 2017-ci ilin 24 noyabr tarixində səfəri zamanı verdiyi bəyanata uyğun olaraq, “Qətiyyətli Dəstək” əməliyyatına əlavə qoşun göndərilməsinə görə təşəkkürünü ifadə edib.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1105 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1092 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1092 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1089 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 990 dəfə oxunub