BMT baş katibi: Qarabağ münaqişəsi prioritetlərimizə daxildir
BMT baş katibi Antonio Quttereş Birləşmiş Millətlər Təşkilatının 2018-ci ildəki fəaliyyəti ilə bağlı 12 prioritet istiqamət təsbit edib.
Mynews.az bu barədə TASS agentliyinə istinadən xəbər verir.
Məlumata görə, BMT prioritetlərinə Ukrayna, Suriya və digər qaynar nöqtələrdə münaqişələrin həlli, terrora qarşı mübarizə, qlobal iqlim dəyişikliyinin qarşısının alınması və miqrasiya probleminin həlli kimi məsələlər daxildir.
BMT rəhbəri dünya ictimaiyyətini Avropa münaqişələrinin gərginləşməsi və dondurulmasına səbəb olan “iflici müalicə etməyə” çağırıb.
“Hər iki dünya müharibəsinin Avropada başladığını, Avropanın resursları və potensiallarını nəzərə alsaq, regionda münaqişələrin davam etməsinə imkan vermək olmaz”, - deyə baş katib vurğulayıb.
Quttereşin sözlərinə görə, regionda münaqişələrin həllini tapması üçün “təhlükəli millətçilik dalğasını dəf etmək, həmçinin vasitəçilik təşəbbüslərinə, o cümlədən, “normand formatı”, Şərqi Ukrayna üzrə Üçtərəfli təmas qrupu, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupu, Gürcüstanla bağlı beynəlxalq Cenevrə diskussiyaları və Dnestryanı üzrə “5+2” formatlı prosesə təkan vermək lazımdır. Bundan savayı, BMT baş katibi Qərbi Balkanlarda mövcud olan münaqişələrin uzunmüddətli həlli yollarının tapılması üçün “mərkəzləşmiş səylərə” ehtiyac olduğunu vurğulayıb.
“Avropa ümumi rifah və əmin-amanlıq şəraitində, birgə yaşama prinsipləri əsasında mövcud olmağa qadirdir. Avropa liderlərini bunu əyani şəkildə sübut etməyə çağırıram”, – deyə Quttereş vurğulayıb.
Digər prioritetlər arasında baş katib 2018-ci ildə təhlükəsiz, tənzimlənən və idarəolunan miqrasiya üzrə qlobal miqyaslı sazişlərin qəbulunu, bəşəriyyətin rifahı naminə müasir texnologiyalardan istifadəni, BMT ilə Afrika ittifaqı arasında tərəfdaşlığın möhkəmləndirilməsini, sülhməramlı əməliyyatların effektivliyinin artırılmasını, həmçinin insan haqlarına hörmətin aşılanmasını sadalayıb.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 901 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 586 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 578 dəfə oxunub