İrəvanda MİTİNQ olacaq: Sarkisyandan - QARABAĞ TƏLƏBİ
Bu gün saat 18:00-da "Erməni Milli Konqresi" İrəvanda mitinq keçirəcək.
Mynews.az Publika.az-a istinadən xəbər verir ki, mitinq 2008-ci il 1 mart hadisələrinin qurbanlarının xatirəsinə həsr olunub.
"Erməni Milli Konqresi" xalqı küçələrə çıxmağa və mitinqə dəstək verməyə çağırıb.
"Erməni Milli Konqresi"nin parlament fraksiyasının katibi Aram Manukyan deyib ki, mitinqdə təntənəli yürüş olacaq.
"10 insanın həyatını itirdiyi hadisələrdən 9 il ötür. Bu hadisələrə görə heç kim cəzalandırılmayıb. İş İnsan Haqları üzrə Avropa Məhkəməsinə verilib", - o bildirib.
Ermənistan mediası isə yazır ki, mitinq seçkiqabağı təbliğat xarakteri daşımasa da, yürüş zamanı siyasi şüarların səslənəcəyi gözlənilir. Xüsusilə cəbhədə baş verən son hadisələrlə bağlı çağırışlar ediləcək. Hakimiyyətdən Dağlıq Qarabağ münaqişəsini həll etmək tələb olunacaq. Mitinq iştirakçıları "Erməni Milli Konqresi"nin lideri Levon Ter-Petrosyanın münaqişənin həlli ilə bağlı tezislərini səsləndirəcəklər.
Qeyd edək ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan 2016-cı ilin 17 dekabrında partiyasının qurultayında çıxışı zamanı "Qarabağ münaqişəsi Ermənistanın inkişafına əsas əngəldir" deyə bildirib.
O, ərazilərin təcili qaytarılması və münaqişənin həll olunması tezisini irəli sürüb. Qeyd edib ki, daha sonra hər şey Ermənistan üçün daha pis nəticə verə bilər.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 998 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 960 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 950 dəfə oxunub