Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

YAP üzvlərinin sayı 710 mini keçdi

Yanvarın 19-da Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Mynews.az xəbər verir ki,  baş nazirin müavini, YAP sədrinin müavini, icra katibi Əli Əhmədov  iclasda qeyd edib ki, 2017-ci ildə Azərbaycanın iqtisadi və sosial həyatında dinamik inkişaf davam etdirilib.

Vurğulanıb ki, Azərbaycanın birinci xanımı, YAP-ın sədr müavini Mehriban Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilməsi qürur və sevinc hissləri yaradıb. 

Qeyd edilib ki, YAP-ın sıralarının genişlənməsi ötən il ərzində də davam edib, hesabat dövrü ərzində 24 min nəfərdən çox yeni üzv qəbul edilib və beləliklə, partiya üzvlərinin sayı 710 min nəfəri keçib. Partiyaya daxil olanların sırasında isə gənclər və qadınlar üstünlük təşkil edib.

İdarə Heyətinin iclasında YAP-ın ötən ilə dair gəlirləri və xərcləri barədə də hesabat dinlənilib. Qeyd olunib ki, 2017-ci ildə YAP-ın gəlirləri 8 315 436 manat olub. Bunun 7 173 280  manatını üzvlük haqları, 1 142 156 manatını  büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən YAP-a düşən pay təşkil edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...