Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şəhid Neftçalada dəfn olunacaq

Azərbaycanın şəhid olan əsgəri Neftçala rayonunda dəfn ediləcək.

Mynews.az-ın məlumatına görə, dəfn məsrasimi rayonun Bankə qəsəbəsində keçiriləcək. 

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada şəhid olan Azərbaycan Ordusunun əsgəri Mənəfov İbrahim Möhsüm oğlu 1995-ci ildə bu qəsəbədə doğulub.

İ.Mənəfov ali təhsilli olub. O, 2017-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb və düşmənlə üz-üzə yerləşən bölmələrdə xidmət edib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...