Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

SON DƏQİQƏ! - Ermənilər Qazaxı atəşə tutdu

Ermənistan ordusunun bölmələri Qazax rayonunu atəşə tutublar, mülki təsərrüfata ziyan dəyib, 2 baş heyvan tələf olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bu gün Ermənistan ordusunun bölmələri Qazax rayonunun Qaymaqlı kəndini atəşə tutublar.

Nazirikdən bildirilib ki, Ermənistanın Noyemberyan rayonunun Barekamavan kəndi istiqamətindən iriçaplı silahlardan Qazax rayonunun Qaymaqlı kəndinin otlaq sahələrinin atəşə tutulması nəticəsində mülki təsərrüfata ziyan dəyib: "Kənd sakinlərinə məxsus qoyun sürüsünün atəşə məruz qalması nəticəsində 2 baş heyvan tələf olub".

Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab atəşi ilə düşmən susdurulub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...