Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan ordusunda “SPİKE” raketi: - Ermənilər təşvişdə

Azərbaycan Silahlı Qüvvələrində İsraildən alınan “SPİKE” raketləri erməniləri qorxuya salıb.
 
Mynews.az cebhe.info-ya istinadən xəbər verir ki, Ermənistanın “Verelq.am” saytı həmin raketlərin Azərbaycan ordusunda olduğuna dair həyəcanlı məlumat yayıb. 
 
Xatırladaq ki, bu günlərdə silahlanma və təksilah məsələləri problemləri üzrə Beynlxalq Stokholm Araşdırmalar İnstitutu (SİRPİ) Azərbaycanın 2015-2016-cı illərdə aldığı silah sistemləri haqqında məlumatlar dərc edib. İnstitutun yaydığı məlumatda Azərbaycanın əsas silah idxalçıları kimi İsrail, Rusiya və Türkiyənin adları çəkilir. SİPRİ-nin hesabatına görə, ötən il Azərbaycan Silahlı Qüvvələri İsraildən 248 milyon dəyərində müasir silahlar və radar sistemləri alıb.
 
Bunlar “OPV-62” gözətçi gəmiləri, “Orbiter-1K” patrul döyüş sursatı, “Barak-8” zenith-raket kompleksləri, “EL/M-2080 Green PLine” raket əleyhinə müdaifə sistemləri radarları, tank əleyhinə idarə olunan yüngül “LAHAT” (“Közərmə”), “Spike-NLOS” universal raketləri, “EL/M-2288 AD-STAR” radar qurğuları, “Haqor” uçuşsuz kəşfiyyat-zərbə aparatları, “SandCat” zirehli avtomobili və onun təmin olunmuş modeli olan “SandCat Spike-LR”, “Spike MR/LR” universal raketləridir. SİRPİ 2016-cı ildə İsrailin Azərbaycana “Tamir” raketləri ilə təhciz olunmuş “Dəmir günbəz” hava hücumundan müdafiə sistemləri satması barədə məlumatlara mailk olduğunu xəbər verir. 
 
"Düşmənin itkiləri arasında xaricdən gətirilən erməni əsilli muzdlular çoxluq təşkil edir".  Bunu Xocavənd istiqamətində qoşunlarımız tərəfindən Ermənistan silahlı qüvvələrinə qarşı "SPIKE" tipli tank əleyhinə idarə olunan raketin tətbiq edilməsi barədə erməni mətbuatının yaydığı məlumatla bağlı Milli.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.
 
"Qoşunlarımız sərəncamında olan istənilən ən müasir silahlardan bütün cəbhə boyu istifadə etmək hüququna malikdir və düşmənin fəaliyyətinin qarşısını almaq imkanındadır. Fevralın 28-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri öz mövqelərini möhkəmləndirmək məqsədilə zirehli texnikanı ön xəttə çıxarmağa cəhd göstərib. Düşmənin manevr edən zirehli texnikası müvafiq bölmələrimiz tərəfindən vaxtında aşkar edilərək dərhal məhv edilib.Son günlər düşmənin verdiyi onlarla itkilər arasında xaricdən gətirilən erməni əsilli muzdlular çoxluq təşkil etdiyindən qarşı tərəf bu rəqəmləri məqsədyönlü şəkildə gizlədir",- deyə nazirlik vurğulayıb.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...