Qənirə Paşayeva AŞPA-ya səsləndi: - Sarkisyanın burada nə işi var?
AŞPA-nın Azad Demokratlar Qrupu toplantısında çıxış edərək işğalçı Ermənistanın prezidenti Serj Sarkisyanın AŞPA-ya çıxış üçün dəvət olunmasına etirazımızı bildirdim.
Mynews.az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib.
“Çıxışımda vurğuladım ki, Serj Sarkisyan AŞPA üzvü olan Azərbaycanın torpaqlarını işğal etmiş və 25 ildir ki işğalda saxlayan, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönməsinə imkan verməyən, Xocalı soyqırımını törədən bir ölkənin prezidentidir. Eyni zamanda, Sarkisyanın birbaşa bu dəhşətli cinayətlərdə əli olduğunu vurğulayaraq bildirdim ki, məhz o prezident kimi AŞPA-nın Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyi, köçkünlərin öz evlərinə dönməsinə imkan verməyi tələb edən 1416 saylı qətnaməsini, Sərsəng su anbarı ilə bağlı qətnaməni yerinə yetirməkdən imtina edir” - deyən millət vəkilinin bildirdiyinə görə, həmçinin, AŞPA qətnamələrini yerinə yetirməyərək, işğalı davam etdirən bir prezidentin quruma dəvət olunaraq, ona çıxış verilməsini kəskin şəkildə qınayıb:
“Bütövlükdə AŞPA-nı ikili standartlardan əl çəkməyə çağırdıq. Vurğuladıq ki AŞPA rəhbərliyi və qrup adından çıxış edəcək həmkarımız məhz bu məsələləri Ermənistan prezidenti qarşısında sərt şəkildə qaldırmalıdır və ondan AŞPA qətnamələrinin yerinə yetirilməsini, qeyri-qanuni olaraq girov saxladıqları azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevin dərhal azadlığa buraxılmasını, ön cəbhə bölgələrində azərbaycanlı uşaqlara qaşı törətdikləri cinayətlərə son qoymalarını, bu cinayətləri törədənlərin ədalət qarşısında cavab verməsi məsələlərini tələb etməlidirlər. AŞPA üzvü olan Azərbaycanın xalqının, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlının, Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailəsinin, Ermənistanın qətlə yetirdiyi insanların, uşaqların ailələrinin Assambleyadan məhz bunu gözlədiklərini xüsusi vurğuladım və bildirdim ki ikili standartlar Azərbaycan xalqında bu təşkilata qarşı ciddi inamsızlıq yaradıb. Çünki Azərbaycan xalqı, öz evinə dönə bilməyən insanlar AŞPA-nın özünün qəbul etdiyi qərarların yerinə yetirilməsi üçün işğalçı ölkəyə ciddi təzyiq göstərməməsinə etiraz edirlər və onların səsini AŞPA duymalıdır”.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1010 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 969 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 958 dəfə oxunub