Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Prezident ailəsində özəl gün

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın doğum günüdür.

Mynews.az-ıin məlumatına görə, Arzu Əliyeva 23 yanvar 1989-cu ildə Bakı şəhərində İlham Əliyevin və Mehriban Əliyevanın ailəsində anadan olub. O, 1995-2006-cı illərdə Bakı şəhərinin 160 saylı tam orta məktəbində orta təhsil alıb. Daha sonralar isə İsveçrə və Böyük Britaniyada ali təhsil alıb.

Arzu Əliyeva 2008-ci ildə Azərbaycan haqqında olan reklam video klipində çəkilib. Bu video klip CNN və Euronews kanallarında nümayiş olunub.

3 sentyabr 2011-ci ildə Arzu Əliyevanın toyu olub. O Rusiyada fəaliyyət göstərən Azərbaycanlı biznesmen Aydın Qurbanovun oğlu Səməd Qurbanov ilə ailə həyatı qurub.

9 may 2015-ci ildə Arzu Əliyevanın "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" adlı sənədli filminin təqdimat mərasimi keçirilib.

8 oktyabr 2015-ci ildə Arzu Əliyevanın "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" adlı sənədli filminin Azərbaycanın Braziliyadakı səfirliyində təqdimatı keçirilib.

22 yanvar 2016-cı ildə Arzu Əliyevanın layihə rəhbəri və baş prodüseri olduğu "Əbədi ezamiyyət" sənədli filminin Nizami Kino Mərkəzində təqdimatı keçirilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...