Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"İtkin düşən gəmidə Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır"

“Azərbaycanın Yaponiyadakı səfirliyi Primorski vilayəti sahillərində itkin düşən Rusiyaya məxsus “Vostok” balıqçı gəmisində Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini araşdırır”.

Bunu Mynews.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, yanvarıın 25-də Yapon dənizində göyərtəsində 21 nəfər olan “Vostok” balıqçı gəmisi ilə rabitə kəsilib. Gəminin göyərtəsində Rusiya, Moldova, Ukrayna və Azərbaycan vətəndaşlarının olduğu bildirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...