Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İrəvanın əsgər ölümlərini gizlətmə - Səbəbi

Ermənistanda seçkiqabağı kampaniya gedir və buna görə də düşmən itkilərini gizlədir.

Mynews.az-ın məlumatına görə, Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. Hərbi ekspert vurğulayıb ki, ermənilər son günlər hərbi xəbərləri yaymaqdan belə ehtiyat edirlər.

Polkovnik bildirib ki, əslində, ermənilərin itkilərini gizlətməsi adi hala çevrilib:

“Hazırda Ermənistanda elə bir vəziyyət yaranıb ki, orduda olan və ola biləcək hər hansı bir itki ölkədə böyük əks-səda doğurur. İrəvan da məhz buna görə belə addım atır. Çünki 30 ilə yaxınlaşan Dağlıq Qarabağ münaqişəsi erməni cəmiyyətini yorub. Azərbaycan Ordusu silahlanmada son 4 ildə Ermənistanı 20 dəfə üstələyir. Əlbəttə ki, bu, erməni cəmiyyətini narahat etməyə bilməz. Ermənilər övladlarını Qarabağda itirmək istəmirlər və Ermənistanda xidmət etmələri ilə bağlı tələbləri getdikcə güclənir. Ermənistan hakimiyyəti vəziyyəti və cəmiyyətin bu reaksiyasını bildiyi üçün məlumatları gizli saxlayır.

Əlbəttə, Ermənistan ordusunda neqativ hallar hər zamankı kimi var və bu da cəmiyyəti ciddi narahat edir. Belə bir vəziyyət isə indiki iqtidarı qane etmir və seçkilərin nəticəsini onların xeyrinə olmayan istiqamətdə dəyişə bilər. Nəzərə alın ki, Sərkisyan hakimiyyəti heç vaxt seçkilərə bu qədər zəif getməmişdi”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...