AŞPA-da “Silahlı münaqişələrdə uşaqların müdafiəsi” adlı məruzə müzakirə olundu
Silahlı münaqişə və müharibə zamanı uşaqlar ən həssas qruplardır.
Mynews.az xəbər verir ki, bu fikri AŞPA-nın sessiyasında “Silahlı münaqişələrdə uşaqların müdafiəsi" adlı məruzə ilə bağlı müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Vüsal Hüseynov söyləyib.
Deputat deyib ki, onlar kütləvi ölüm, insan alveri, cinsi istismar və digər zorakılıqlara məruz qalırlar:
“Uşaqların reabilitasiyası, onlara dəstək verilməsi və hərbi münaqişələrdə iştirakının qarşısının alınması ilə bağlı çoxsaylı beynəlxalq sənədlər var. Bu sahədə ciddi narahatlıqlar hələ də qalmaqdadır. Ona görə də beynəlxalq sənədlərin icrasına nəzarət gücləndirilməli, boşluqlar aradan qaldırılmalıdır”.
V. Hüseynov bildirib ki, beynəlxalq humanitar hüququn əsas prinsiplərindən biri fərqqoyma prinsipidir.
“Mülki şəxslərlə döyüşən şəxslər arasında fərq qoyulmalı və bütün hücumlar hərbi qüvvələrə yönəlməlidir. Təəssüf ki, bu gün biz hələ də hücumların məqsədli şəkildə mülki şəxslərə yönəldiyini müşahidə edirik”, - deyə V.Hüseynov vurğulayıb.
Deputatın bildirdiyinə görə, hesabatda bu həssas məqamlar daha geniş verilməli idi.
“Keçən il yayda Ermənistan silahlı qüvvələri tərəfindən məqsədli olaraq Azərbaycanın mülki əhalisinə artilleriya atəşi açılıb və nəticədə mülki əhali zərər çəkib. İki yaşlı azərbaycanlı körpə və onun nənəsi həlak olub. Ermənistan bir sıra beynəlxalq sənədlərə imza atıb. Ancaq bu cinayətin araşdırılması ilə bağlı heç bir tədbir görülmədi.Dünən burada Ermənistan prezidentinə yer verdik. Ancaq biz bilməliyik ki, özü mülki insanların qətlində iştirak etmiş və bunu açıq şəkildə bəyan etmiş şəxsə bu münasibəti göstərməklə ertəsi gün yenə burada münaqişələrdə zorakılığa məruz qalan uşaqların hüquqlarını müdafiə etmək istəyimiz üst-üstə düşmür”, - deyə V.Hüseynov vurğulayıb.
Deputat qeyd edib ki, Ermənistan prezidenti Azərbaycanın işğal edilmiş Xocalı şəhərində törədilmiş cinayətlərdə birbaşa iştirak edib. Özü elə burada çıxışı zamanı söylədi ki, hərbi əməliyyatlarda komandir olub.
Xocalı soyqırımının bir sıra ölkələrin qanunverici orqanları və beynəlxalq təşkilatlar tərəfindən tanındığını diqqətə çatdıran deputat sonra deyib:
“Son vaxtlar hamı Avropa Şurasının nüfuzunu itirməsindən, ona etimadın azalmasından danışır. Hesab edirəm bunun əsas səbəbi qurumun qətnamələrinin, qərarlarının həyata keçirilməsinə biganə yanaşmadır. Tutduğu vəzifəsindən asılı olmayaraq, cinayətkarı, uşaq qatilini elə cinayətkar adlandırmalıyıq. Belə məsələlərdə həmrəylik göstərməklə ümumi problemlərin həllində irəliləyə bilərik”.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 999 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 977 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 966 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 965 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 963 dəfə oxunub