XİN: Avropa Parlamentinin üzvünün adı “qara siyahı”ya salınacaq
Holokostun anımı ərəfəsində Avropa Parlamentinin İsveçdən olan üzvü Lars Adaktussonun Ermənistan tərəfindən bir milyondan artıq insana qarşı qanlı etnik təmizləmənin, o cümlədən insanlıq əleyhinə cinayət və soyqırım aktı olan Xocalı faciəsinin törədildiyi Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi işğal, təcavüz və qanlı etnik təmizləmə əməllərinə dəstək verməsi mənası daşıyır.
Bunu Mynews.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H. Hacıyev bildirib ki, bu kimi qanunsuz səfər ilə Lars Adaktusson Azərbaycanın qanunlarını və beynəlxalq hüququn norma və prinsiplərini pozmaqla bərabər, münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərinə xələl gətirir.
“Avropa Parlamentinin üzvü Lars Adaktussonun bu səfərinin Brüsseldə fəaliyyət göstərən və çirkli brilyant ticarəti və pulların yuyulması ilə məşğul olan erməni lobbi rəhbərinin iştirakı və maliyyəsi ilə həyata keçirilməsi xüsusilə utancvericidir.
Avropa İttifaqı üzv dövlətlərinin də aqressiv separatizm meyllərindən əziyyət çəkdiyi, Avropa İttifaqı və Avropa Parlamenti tərəfindən Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü və suverenliyi dəstəkləndiyi halda, Lars Adaktussonun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və işğal olunmuş ərazilərdə yaradılmış kriminal rejimlə təmasa girməsi heç bir halda başa düşülən deyildir.
Aqressiv separatizmi, işğal və təcavüzün nəticələrini dəstəkləmək əvəzinə Avropa Parlamentinin üzvü kimi Lars Adaktussonun İsveç və Finlandiya arasında uğurlu muxtariyyət modeli olan Alaand adaları təcrübəsini bölüşməsi və təşviq etməsi Ermənistan-Azərbaycan münaqişəsinin həllinə və regionda davamlı sülhün təmin olunmasına töhfə verə bilərdi.
Sözügedən şəxsin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək”, - deyə XİN sözçüsü qeyd edib.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1139 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1127 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1127 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1125 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 1014 dəfə oxunub