Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Senatorlar Trampın fikrini dəyişməyə çalışacaqlar

Demokrat partiyasının senatorları Çek Şumer və Ben Kardin gələn həftə ABŞ-ın yeni prezidenti Donald Trampa Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmasına mane olacaq qanun layihəsini təqdim edəcəklər. Mynews.az SİA-ya istinadən xəbər verir ki, bu haqda ABC News qeyd edib.

Şumer deyib ki, demokratların təşəbbüslərini bir çox senatorlar dəstəkləyir. Hətta dəstək verənlər arasında Con Makkeyn və Lindsi Grem də daxil olmaqla respublikaçı senatorlar da var.

“Sanksiyaları aradan qaldırarsaq biz Rusiyaya bu cür demiş olarıq: “Buyurun, bizim seçkilərə qarışın və istədiyiniz pis işlərlə məşğul olun”. Bu kimi sözlər Çin və İrana da aiddir. Bu, çox qorxunc ola bilər”-deyə Şumer bildirib.  

Bununla bağlı o deyib ki, sanksiyaların dəyişdirilməsi, yaxud yumşaldılması üçün konqresmenlərin razılığı lazımdır.  

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...