Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Son dəqiqə - Türk ordusu Afrində PYD/PKK-nın təlim düşərgəsini ələ keçirdi

Türkiyə ordusu “Zeytun budağı” əməliyyatı çərçivəsində Afrinin qərbində PYD/PKK-ya məxsus təlim düşərgəsini ələ keçirib.

Mynews.az  xəbər verir ki, regiondan əldə olunan məlumata görə, terror təşkilatı burada 35 nəfərlik qruplara təlim keçirmiş. PYD düşərgəsində PKK üzvü terrorçularla yanaşı İŞİD silahlılarına və zorla hərbi xidmətə cəlb olunmuş uşaqlara da təlim keçilib.

Düşərgədə yataqxana, yeməkxana, duş, idman zalı, hava bombardmanından qorunmaq üçün tunellər və bunkerlər aşkarlanıb. PKK-nın simvolik lideri Abdulla Öcalanın portreti və bayrağı türk əsgərləri tərəfindən çıxarılaraq atılıb.Avropa.info

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...