Hərbçilərimizin baş kəsmə videosu saxta çıxdı - FOTO
Cəbhədəki məğlubiyyətlərini həzm edə bilməyən düşmən tərəfi indi də sosial şəbəkələr vasitəsilə Azərbaycana hücuma keçməyə başlayıb. Ermənilər sosial şəbəkələrin (Facebook, Twitter, Odnoklassniki və VKontakte) Azərbaycan seqmentində ictimai rəyi çaşdırmağa yönələn təxribat xarakterli videogörüntülər və informasiyalar yaymaqla ölkəmizlə bağlı mənfi imic yaratmağa çalışırlar. Onlar bu məqsədlə guya erməni əsgərin başının Azərbaycan hərbçiləri tərəfindən "kəsilməsini” əks etdirən kadrlar hazırlayıblar.
Mynews.az azvision.az-a istinadən xəbər verir ki, virus-video o qədər "peşəkarlıqla” hazırlanıb ki, sosial şəbəkə istifadəçiləri bu görüntüləri analiz etmədən öz profillərində paylaşırlar. Görüntülərin real kadra bənzəməsi üçün Azərbaycan dilindən də istifadə edilib. Halbuki, həmin görüntüləri dəqiqliklə izlədikdə saxtalığı məlum olur. Reallıq budur ki, hazırda geniş müzakirələrə səbəb olan "baş kəsmə” videosu ermənilər tərəfindən sosial mediaya buraxılıb, daha sonra Azərbaycan seqmentində kütləvi şəkildə paylaşılıb.
Plana uyğun olaraq erməni KİV-ləri həmin görüntüləri ictimailəşdirib, azərbaycanlıları "vəhşi”, "barbar” kimi göstərmək məqsədilə əks təbliğata başlayıblar. Onlar müxtəlif dillərdə hazırladıqları materialları yaymaqla dünyanı öz yalanlarına inandırmağa cəhd göstərirlər. Belə ki, qondarma "Dağlıq Qarabağ respublikasının ombudsmanı” Ruben Melikyan videonu paylaşaraq guya Azərbaycanda ermənifobianın olması barədə fikir bildirib.
Görünən odur ki, silahlı toqquşmalarda Azərbaycan ordusuna tab gətirə bilməyən düşmən var gücü ilə informasiya müharibəsinə köklənib və yayılan videolar bu istiqamətdə aparılan kampaniyanın tərkib hissəsidir.
Təəssüf ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi sosial şəbəkə istifadəçiləri mənbəyi bilinməyən, erməni saytlarında yayılan informasiya və görüntüləri paylaşmaqla düşmənin əlinə şans verir. Ola bilsin ki, istifadəçilər bunun fərqində deyillər. Amma reallıq budur ki, onların "fəxrlə” paylaşdıqları əksər görüntülər özümüzə qarşı işləyir. İnformasiya müharibəsinin cəbhədəki döyüşlər qədər şiddətli getdiyi vaxtda mümkün qədər belə təxribatlara uymamaq lazımdır.
Loading...
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 599 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 585 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 577 dəfə oxunub
loading...