Əməliyyatçılar Saakaşvilini saçlarından sürüdülər - VİDEO
Kiyevdə keçmiş Odessa vilayəti meri Mixail Saakaşvilinin saxlanılmasında 10-dan çox əməliyyatçı iştirak edib.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, “Zrada çi Peremoqa” “Telegram” kanalının yaydığı “Suluquni” restoranının müşahidə kamerasından çəkilmiş videogörüntüdə əməliyyatçıların onu məcburi şəkildə binadan çıxardığını görmək olur.
Kadrlarda növbə ilə üzü maskalı və kamuflyaj geyimdə olan 14 nəfərin restorana daxil olması, Saakaşvilini yerə yıxmaları, daha sonra isə saçlarından dartaraq çölə çıxarması əksini tapır.
Daha sonra açıqlama verən Saakaşvili ukraynalı əməliyyatçıları faşistlərlə müqayisə edərək, ona qarşı çox kobud davranmaqla güc tətbiq etdiklərini bildirib.
Qeyd edək ki, fevralın 12-də Ukrayna sərhəd xidmətinin xüsusi təyinatlıları Saakaşvilini restoranda saxlayaraq, onu helikopterlə Borispol aeroportuna aparıb, daha sonra isə Ukrayna vətəndaşlığından məhrum olan siyasətçi təyyarəyə mindirilib və Polşa paytaxtına göndərilib.
Xatırladaq ki, 2017-ci ilin sonlarında, Kiyev dairə-inzibati məhkəməsi vətəndaşlığı əlindən alınan Saakaşvilinin ölkədən ekstradisiyasına əngəl olacaq hər hansı halın və ya səbəbin olmadığını qət edib.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 967 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 929 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 920 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 919 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 917 dəfə oxunub