Türkiyə zərbə almaq istəmirsə Azərbaycana dəstəkdən əl çəksin - Sarkisyan
Türkiyə ilə münasibətlərin normallaşması üçün birtərəfli güzəştlərə getmək erməni xalqı üçün təhqirə bərabərdir”
Bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan Avropa Şurasının Parlament Assambleyasının qış sessiyasında çıxışından sonra Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı suala cavabında deyib.
“Biz Türkiyə tərəfinin bu addımla bağlı tələblərini anlamırıq. 2008-ci ildə yenidən prezident seçildikdən sonra mən türk-erməni münasibətlərinin ictimaiyyətə çatdırılması təşəbbüsü ilə çıxış etmişəm, Ermənistan və Türkiyə prezidentləri arasında görüş keçirilib”, – deyə Ermənistan prezidenti bildirilib.
Ermənistan lideri 2009-cu ildə İsveçrənin Sürix şəhərində BMT Təhlükəsizlik şurasının daimi üzvlərinin xarici işlər nazirlərinin iştirakı ilə Türkiyə ilə Ermənistan arasında əlaqələrin qurulması haqqında iki sənəd imzalanıb.
“Sənədlərdə açıq şəkildə qeyd olunub ki, münasibətlər ilkin şərtsiz qurulmalıdır. Ancaq indiyə kimi Türkiyə tərəfi ilkin şərtləri irəli sürməyə davam edir. Beynəlxalq təcrübədə biz belə presedentlə qarşılaşmamışıq. Bütün məsələlər üzrə danışıqlar sənədlər imzalanana qədər aparılır. 9 ildir ki, Türkiyənin hər hansı addım atmağın vacib olduğunu deməsini eşidirik. Halbuki sənəddə göstərilib: əvvəl münasibətlər qurulur daha sonra isə iki ölkə arasında olan həssas məsələlər müzakirəyə çıxarılır”, – deyə Ermənistan lideri bildirib.
Serj Sarkisyan Ermənistanın heç bir zaman hər hansı ilkin şərt qəbul etməyəcəyini vurğulayıb.
“Türkiyə – böyük potensialı olan güclü dövlətdir. Ancaq bu o demək deyil ki, Türkiyə Ermənistanla güc mövqeyindən, “ilkin şərt dilində” danışa bilər. Biz belə yanaşmanı qəbul etmirik”, – deyə Sarkisyan bildirib.
Serj Sarkisyan vurğulayıb ki, yaz aylarına kimi bu istiqamətdə hər hansı irəliləyiş olmasa, Ermənistan imzalanmış iki protokolu ləğv edəcək.
“Türkiyənin regiondan zərif sabitliyin qorunması üçün belə mövqedən və Azərbaycana dəstək siyasətindən vaz keçməsi arzuolunan və düzgün addım olar. Xatırlatmaq istəyirəm ki, 2016-ci ilin aprel ayında Türkiyə Azərbaycanın hərbi əməliyyatlarını açıq şəkildə dəstəkləyən yeganə ölkə olub”, – deyə Serj Sarkisyan bildirib.
Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan 19 sentyabr 2017-ci ildə Nyu-Yorkda BMT baş qərargahında keçirilən Baş Assambleyanın 72-ci sessiyasında iştirak edib. 2009-cu ildə Sürixdə imzalanmış protokollara toxunan Sarkisyan bunları qeyd edib:
“İndi əlavə izahat vermənin vaxtı çatıb.Türkiyə rəhbərliyi bu sənədləri daima girov saxlaya biləcəyini və yalnız onlar üçün əlverişli olan məqamda ratifikasiya edəcəyini düşünürsə yanılır. Protokollar üzrə danışıqlar indiki şəraitdə mövcud problemlərin həlli yollarını tapmaq məqsədilə aparılıb. Onların gerçəkləşdirilməsi istiqamətində davamlı olaraq hər hansı müsbət irəliləyiş olmasa, Ermənistan bu iki protokolu etibarsız elan edəcək. Artıq 2018-ci ilin baharına, təəssüflər olsun ki, bu səmərəsiz protokollar olmadan qədəm qoyacağıq”.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 598 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 584 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 576 dəfə oxunub