Ermənilərin Qarabağ haqda planı nədir?
Ermənilərin Qarabağ haqda planı nədir?
Martın 1-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib. O, fevralın son günlərində baş verən ağır döyüşlərdən sonra cəbhədəki vəziyyətlə maraqlanıb. Erməni KİV-lərinin məlumatına görə, Nalbandyan Xankəndidə olarkən deyib ki, bu ilin sonuna qədər dövlətlərdən biri Dağlıq Qarabağın "müstəqilliyi"ni tanıya bilər. Amma o, konkret hər hansı dövlətin adını çəkə bilməyib.
Mynews.az xəbər verir ki, bununla bağlı məsələni Milli.Az-a şərh edən "Baku Network" ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov deyib ki, Edvard Nalbandyan belə bir bəyanatı səsləndirməklə bir çox səhvlərə yol verib: "Birincisi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi istiqamətində aparılan danışıqlar ərəfəsində belə bir bəyanatın verilməsi göstərir ki, Ermənistan danışıqlardan əlini üzüb və əsas məqsədi onu dünyaya tanıtdırmaqdır. İkincisi, Dağlıq Qarabağı tanıtdırmağa, məhz Ermənistan rəhbərliyi çalışır, amma eyni zamanda deyirlər ki, guya ki, "Dağlıq Qarabağ xalqı" öz müqəddəratını təyin etməlidir. Bir halda ki, Dağlıq Qarabağdakı ermənilərin taleyini Sarkisyan və Nalbandyan həll edir, o zaman onlar öz müqəddəratını necə təyin edə bilərlər, özü də onların özlərinin xəbəri olmadan?! Özü də referendum keçirilməmiş, Dağlıq Qarabağdakı ermənilər öz istəyini bildirməmiş Nalbandyan qaçaraq pul və ya hiylə vasitəsilə Dağlıq Qarabağı tanıtdırmaq istəyir".
Ekspertin fikrincə, mövcud Ermənistan rəhbərliyi bu bəyanatla tamamilə ziddiyyətli mövqe ortaya qoyur: "Çünki bu həm Azərbaycanla danışıqlardan çəkilib iki ölkəni müharibəyə cəlb etmək deməkdir, həm də Dağlıq Qarabağdakı ermənilərin fikrini nəzərə almadan atılan addımdır. Yəni bununla Dağlıq Qarabağdakı ermənilərin də hüquqları tapdanmış olur. Nalbandyanın bu açıqlaması Ermənistan hakimiyyəndəki "Qarabağ klanı"nın nə dünya görüşünün, nə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir nəzəri və ya praktik planının olmadığına sübutdur".
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 969 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 935 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 926 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 925 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 923 dəfə oxunub