Hərbi verilişlər hazırlayan televiziya əməkdaşları ilə görüş keçirilib
Müdafiə Nazirliyində hərbi verilişlər hazırlayan müxtəlif televiziyaların əməkdaşları ilə görüş keçirilib.
Mynews.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev jurnalistləri Müdafiə naziri adından salamlayaraq Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində orduda həyata keçirilən islahatlardan, ölkənin hərbi qüdrətinin daha da möhkəmləndirilməsi sahəsində görülən işlərdən danışıb. Ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində ordu quruculuğunun inkişaf etdirilməsi istiqamətində önəmli tədbirlərin həyata keçirildiyini bildirən nazir müavini qeyd edib ki, media nümayəndələri də bu işləri daim işıqlandırmaq üçün bütün imkanlarını səfərbər etməlidirlər. Tədbirdə çıxış edənlər hərbi vətənpərvərlik mövzularının kifayət qədər səmərəli şəkildə təbliğ edilməsi, həmçinin ordu quruculuğunda görülən işlərin, həyata keçirilən döyüş hazırlığı tədbirlərinin cəmiyyətə çatdırılması ilə bağlı öz fikirlərini bölüşüblər. Müxtəlif televiziyaları təmsil edən yaradıcı heyət nümayəndələri də belə görüşlərin qarşılıqlı əməkdaşlıq üçün vacib olduğunu bildirərək faydalı iş birliyinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 971 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 938 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 929 dəfə oxunub