Sarkisyan diplomatdan Azərbaycan dilində soruşub - “Haralısan?”
Münhen Təhlükəsizlik Konfransının panel sessiyasında Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi, gənc diplomat Sədi Cəfərov Ermənistan prezidenti Serj Sarkisyana suallarla müraciət edib.
Mynews.az məlumatına görə, Virtualaz.org-a diplomatik mənbələrdən məlum olub ki, erməni prezidenti nitqini tamamladıqdan sonra diplomata yaxınlaşıb və onunla Azərbaycan dilində danışıb.
Azərbaycan diplomatı çıxış edən S.Sarkisyana müraciət edərək qeyd edib ki, öz işğal siyasətinə görə Ermənistan bu gün bütün regional iqtisadi və nəqliyyat layihələrindən kənarda qalıb.
Panelin moderatoru, sualların Ermənistanın çıxış edən prezidentini pis vəziyyətdə qoya biləcəyindən ehtiyat edərək, Azərbaycan diplomatının sözünü kəsməyə çalışıb. Ancaq Sədi Cəfərov öz nitqini davam etdirib və bildirib ki, Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycan əhalisinin etnik təmizləməsini həyata keçirib.
Diplomat qeyd edib ki, Qarabağ münaqişəsinin nizama salınması üçün Ermənistan işğal edilmiş əraziləri azad etməli, qaçqınlar öz evlərinə qayıtmalıdırlar və Ermənistan regional layihələrdə yalnız bundan sonra iştirak edə bilər.
Serj Sarkisyan birbaşa cavabdan yayınıb və Ermənistanın iqtisadi inkişafından danışmağa başlayıb, hansı ki, onun sözlərinə görə, adambaşına düşən gəlirə görə region ölkələrini qabaqlayır. Sarkisyanın məntiqinə görə, Ermənistan təcrid vəziyyətində olmasına baxmayaraq, inkişaf etməkdə davam edir.
Serj Sarkisyan öz çıxışını tamamladıqdan dərhal sonra Sədi Cəfərova yaxınlaşıb və Azərbaycan dilində soruşub: "Haralısan?".
Gənc diplomat cavab verib ki, Qarabağ sakinidir. Bundan sonra Sarkisyan susub və tədbirin keçirildiyi yeri tərk edib.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 599 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 585 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 577 dəfə oxunub