Monteneqro prezidenti Azərbaycana səfər edəcək
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 16-17-də Bakıda keçiriləcək VI Qlobal Bakı Forumunda Monteneqro prezidenti Filip Vuyanoviç iştirak edəcək.
Komitənin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, “İnklüziv cəmiyyətlərin qurulması üçün ziddiyyətlərin uyğunlaşdırılması” mövzusuna həsr olunan Forumda F. Vuyanoviçin çıxışı nəzərdə tutulub.
Monteneqro prezidentinin Çinin xarici siyasəti mövzusunda keçiriləcək paneldə çıxışı planlaşdırılır.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Monteneqro arasında bir neçə ildir sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığın nəticəsi olaraq F. Vuyanoviç artıq üçüncü dəfədir Qlobal Bakı Forumuna qatılır. O, bundan əvvəl 2016 və 2017-ci illərdə IV və V Qlobal Bakı Forumlarında iştirak edib. VI Qlobal Bakı Forumunda Monteneqro prezidenti ilə yanaşı, Albaniya prezidenti İlir Meta və digər dövlətlərin prezidentlərinin, hökumət başçılarının iştirakı gözlənilir. Forumda həmçinin, keçmiş dövlət və hökumət rəhbərləri, tanınmış ictimai-siyasi xadimlərdən ibarət 500 nəfərədək qonağın iştirakı planlaşdırılır.
Forumda əsasən beynəlxalq münasibətlərdə güc anlayışı, beynəlxalq münasibətlər sistemində meydana çıxan yeni güclər, çoxluqlar milli azlıqlara qarşı, Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan regionunda hazırkı və gələcək vəziyyət – regional təhlükəsizlik məsələlərinin proqramı və ya yeni geosiyasi şahmat lövhəsi, Çinin xarici siyasəti, kapitalizmdə iqtisadi inkişaf və ətraf mühitin deqradasiyası məsələləri, nəsillər arasındakı bağların qırılması, dini-mədəni müxtəlifliyin siyasi liderlik uğrunda rolu kimi mövzular müzakirə ediləcək.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1014 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 972 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 961 dəfə oxunub