Səfir Azərbaycanın çayından danışdı
"Azərbaycan və Litva İKT sahəsində iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensiala malikdir".
Mynews.az xəbər verir ki, bunu Trend-ə və "Azernews" qəzetinə müsahibəsində Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas deyib.
Səfir Azərbaycanın "Vikinq" dəmir yolu layihəsində iştirakı barədə danışıb: "Litva, Ukrayna, Belarusun dəmiryol qurumları, eləcə də bir sıra şirkət və limanın birgə layihəsi olan "Vikinq"də Azərbaycanın iştirakı Avropa və Asiya ölkələri arasında səmərəli alternativ dəhliz yaratmağa imkan verəcək".
V.Lastauskasın sözlərinə görə, iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı üçün digər potensial sahələr kənd təsərrüfatı, tədqiqat, mühəndislik və digər sahələrdir:
İKT sahəsində əməkdaşlıq barədə danışan səfir vurğulayıb ki, Litva yüksək texnologiyaların geniş yayıldığı Avropa ölkələrindən hesab olunur: "Bu sahədə Litvada sürətlə inkişaf edən startaplarla yanaşı "Nasdaq", "Uber", "Wix", "Revel Systems" və digər qlobal oyunçular fəaliyyət göstərir. İKT Litvada ən sürətlə inkişaf edən sektorlardandır".
Səfir bildirib ki, kənd təsərrüfatında da əməkdaşlıq üçün yaxşı imkanlar var: "Litvalıların böyük əksəriyyəti Azərbaycan çayının, təzə və qurudulmuş meyvələrinin dadına bələddir. Azərbaycanlılar isə əminəm ki, Litvanın süd məhsullarını, qənnadı məmulatlarını və likörlərini sevir"
Səfir onu da əlavə edib ki, Litva mexaniki injinirinq, biotexnologiyalar, elektronika, robot texnikası, aviasiya, lazer texnologiyası, bərpa olunan enerji mənbələri, tibb avadanlıqlarının istehsalı və digər sahələrdə yaxşı təcrübəyə malikdir: "Bütün bu sahələr Azərbaycan üçün də aktualdır və sözsüz ki, Litva təcrübəsi ölkədə səmərəli şəkildə tətbiq oluna bilər".
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 1000 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 978 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 967 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 966 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 964 dəfə oxunub