Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sumqayıt hadisələrində təqsirləndirilən Qriqoryanın Rusiyada olması barədə məlumatlar var

Sumqayıt hadisələrində təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş Eduard Qriqoryanın Rusiyada olması barədə məlumatlar var.

Mynews.az-ın məlumatına görə, bunu Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş tədbirdə İstintaq-əməliyyat qrupunun üzvü, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Nadir Mirzəyev deyib.

O bildirib ki, 27-29 fevral 1988-ci il tarixdə Sumqayıt şəhərində baş vermiş məlum hadisələrin fəal iştirakçısı olmuş E.Qriqoryanın Rusiyada olması barədə məlumatlar var: "Bununla bağlı müvafiq olaraq müraciət etmişik, lakin hələlik bir nəticə yoxdur".

Qeyd edək ki, 09.02.2015-ci il tarixdə E.Qriqoryanın 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olan Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə barəsində axtarış verilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...