Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hərbi qulluqçuların hüquqi bilikləri təkmilləşdirilir - FOTOLAR

Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi sahəsində Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında imzalanan birgə tədbirlər planına əsasən, Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində “Hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarına uyğun qurulması ən vacib vəzifələrdən biridir” mövzusunda tədbir keçirilib.

Mynews.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüşdə şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlər həyata keçirilib, müxtəlif mövzularda mühazirələr oxunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...