Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Deputat: Azərbaycanda siyasi məhbus yoxdur

Azərbaycanda siyasi baxışlarına, siyasi davranışlarına görə indiyə kimi heç bir şəxs məsuliyyətə cəlb edilməyib. 

Mynews.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib. 

O xatırladıb ki, bu proses 1993-cü ildən belədir:

“Düzdür, başqa hakimiyyətlərin dövründə belə şeylər olub. Amma bizim hakimiyyətimiz dövründə bu cür addımlar olmayıb. Kiminsə törətdiyi əməldə cinayət tərkibi varsa, o, partiya mənsubiyyətindən asılı olmayaraq, məsuliyyətə cəlb edilib.

Bəzən mənim adımdan mətbuatda müəyyən məlumatlar yazılır ki, guya Azərbaycanda siyasi məhbus var. Amma bir daha bildirmək istəyirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur. Azərbaycan qanuni, hüquqi dövlətdir. Qanunun aliliyi hər şeydən üstündür”.

Spiker Oqtay Əsədov da S. Novruzova bu məsələni qaldırdığına görə təşəkkür edib. O xatırladıb ki, parlamentin komitə sədri Əli Hüseynliyə cinayət qanunvericiliyə ilə bağlı müvafiq qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi hazırlamağı tapşırıb. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...