Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda Khojaly.TV layihəsi fəaliyyətə başladı

Fevralın 26-da Azərbaycanda Xocalı həqiqətlərini bütün dünyaya çatdırmaq məqsədi daşıyan Khojaly.Tv layihəsi fəaliyyətə başlayıb.

Mynews.az xəbər verir ki, “AzeriPRO” Media Holding tərəfindən hazırlanmış layihə çərçivəsində Xocalı faciəsindən bəhs edən sənədli və bədii filmlər bir mərkəzdə cəmləşdiriləcək.

Xocalı faciəsinə həsr olunmuş videoçarxlar, sənədli və bədii filmlərin müxtəlif platformalarda yerləşdirilməsi bəzən faciə haqqında məlumat almaq istəyənlər üçün müəyyən çətinliklər yaradır.

Khojaly.Tv layihəsi çərçivəsində bu filmlər bir yerdə toplanmaqla yanaşı, gələcəkdə bir neçə milyard insanın danışdığı ingilis, fransız və ispan dillərinə tərcümə edilərək, bütün dünyaya yayılacaq.

Oxu.Az informasiya agentliyinin də daxil olduğu “AzeriPRO” Media Holding Khojaly.Tv çərçivəsində Xocalıda baş vermiş qətliamın dəhşətlərini əks etdirən müxtəlif araşdırmalar, məqalələr, kitabları bir yerdə toplayacaq.

Məqsədimiz odur ki, Xocalı unudulmasın!

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...