Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Milli Ordumuz daha bir zabitini itirdi

Cəlal Mənsimov 1978-ci il təvəllüdlüdür, Azərbaycan Silahlı Qüvvələri sıralarında 17 il idi ki, xidmət edirdi

Martın 3-də Azərbaycan Ordusunun zabiti Cəlal Sədulla oğlu Mənsimov doğulduğu Saatlı rayonunun Mollavaizli kəndində torpağa tapşırılıb. Dəfn mərasimində kənd sakinləri ilə yanaşı, rayon ictimaiyyətinin nümayəndələri, hərbi qulluqçular iştirak edib.  Qeyd edək ki, mərhumun meyiti martın 2-si axşam saatlarında ailəsinə təhvil verilib və onun xidmət zamanı ürək tutmasından vəfat etdiyi bildirilib. Cəlal Mənsimov 1978-ci il təvəllüdlüdür, Azərbaycan Silahlı Qüvvələri sıralarında 17 il idi ki, xidmət edirdi. Üç övladı var.
 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...