Cəbhədən xəbər - Erməni əsgərləri qaçır - FOTOLAR

Erməni əsgərlər komandanlığın əmrlərinə tabe olmaqdan imtina edir.
Milli.Az erməni hərbi mənbələrinə istinadən bildirir ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdə yerləşən bölmələrinin hərbi qulluqçuları komandanlığın əmrlərinə tabe olmurlar.
Belə ki, son günlər cəbhə xəttində vəziyyətin gərginləşməsi səbəbindən döyüş mövqelərinin gücləndirilməsi məqsədilə oraya gətirilən erməni əsgərlər Azərbaycan silahlı qüvvələri tərəfindən həmin postlara atəş zərbələri endirilən zaman mövqeləri tutmaq əvəzinə, sığınacaqlara girərək oradan çıxmaqdan imtina edirlər.
Eyni zamanda xidmət şəraitinin pis olması və nizamnamədən kənar münasibətlər nəticəsində bir sıra hərbi qulluqçuların xidmət yerini özbaşına tərk edərək müxtəlif yollarla Ermənistan istiqamətində qaçmalarının qarşısının alınması məqsədilə müvafiq yerli strukturlar tərəfindən əməliyyat tədbirləri keçirilir.
İşğal altında olan ərazilərdə hərbi xidmətin ağırlığı, yerli hərbçilər tərəfindən qeyri-insani münasibət və son günlər cəbhədəki gərginliyə dözə bilməyən Ermənistan hərbi komissarlıqlarından çağırılan gənclərin özlərinə qəsd etməsi də sistematik hal alıb. Çoxsaylı faktlara əlavə olaraq, məlum olub ki, dağ-atıcı alayının hərbi qulluqçusu Mkrtıç Qaşyan və Artuş adlı gənc əsgər qolunun damarlarını doğrayaraq intihara cəhd ediblər.
Ermənistan hərbi-siyasi rejimi isə hər ötən gün artan özbaşınalıqların və buna etiraz olaraq artan narazılığın qarşısını almaqda getdikcə daha çox çətinlik çəkir.
Loading...
Siyasət
- Birinci vitse-prezidentlik institutunun yaradılması Azərbaycanın müasir simasının yeni və mütərəqqi əlamətidir
- Soçi görüşü nəticədən asılı olmayaraq Rusiyanın arbitr rolu, Türkiyənin isə taktiki uğuru kimi qiymətləndirilə bilər
- “Əli Kərimli polisləri yaralayıb, başını avtobusa özü vurub” - Baş prokurorluq
- Bələdiyyə seçkilərinin vaxtı açıqlandı
- Sosial şəbəkələrdə müxalifətin troll şəbəkəsi ifşa olundu - VİDEO
- Yaxın adamının xəyanətinə məruz qalan özünə siyasətçi deyə bilərmi?
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Dəhşətli qəzada ölənlər maşından belə çıxarıldı - VİDEO 555 dəfə oxunub
- Bakıda piyada özünü maşının qarşısına atdı - DƏHŞƏTLİ HADİSƏ - VİDEO 554 dəfə oxunub
- Qışın ilk ayında neçə gün dincələcəyik? 199 dəfə oxunub
- Xoşqədəm efirdə hönkür-hönkür ağladı - "Özümü bağışlaya bilmirəm" - VİDEO 191 dəfə oxunub
- Azərbaycanlı icra başçısı işə avtobusla gedir 188 dəfə oxunub
loading...