Məmmədyarovun BQXK prezidenti ilə görüşdündə Şahbaz və Dilqəm müzakirəsi
Xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Cenevrə Bölməsinə rəsmi səfəri çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə görüşüb.
XİN-dən Mynews.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və BQXK arasında 20 ildən çox davam edən əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olunaraq bu çərçivədə görülmüş işlər və əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. BQXK tərəfindən Azərbaycana göstərilmiş dəstək və yardımlar yüksək qiymətləndirilərək Komitənin ölkəmiz üçün mühüm beynəlxalq humanitar tərəfdaş olduğu diqqətə çatdırılıb.
Elmar Məmmədyarov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün humanitar aspektlərinə toxunaraq, 2014-cü ilin iyul ayında öz doğma torpaqlarını ziyarət edən zaman Ermənistan tərəfindən qanunsuz olaraq girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsinin vacibliyini diqqətə çatdırıb.
Nazir Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində demoqrafik vəziyyətin dəyişdirilməsi, Suriyadan olan ermənilərin həmin ərazilərdə yerləşdirilməsi, qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər həyata keçirməklə beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə Konvensiyaları əsasında üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozduğunu vurğulayıb.
Həmçinin, BQXK-nın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişə zonasının cəbhə bölgəsində yaşayan əhaliyə göstərdiyi humanitar dəstəyi, eyni zamanda itkin düşmüş şəxslərin ailələrindən bioloji nümunələrin toplanması kimi fəaliyyəti təqdir olunaraq gələcəkdə səmərəli qarşılıqlı əməkdaşlıq çərçivəsində bu kimi səylərin davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Görüşdə Azərbaycan ilə BQXK arasında əməkdaşlığın gələcək perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 979 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 945 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 935 dəfə oxunub