Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"1 ayın içində Ermənistanın ərazisini də götürə bilərik” - düşmənə sərt mesaj

"Təhlükəsizlik bizim dövlət siyasətinin mühüm hissəsini təşkil edir".

Mynews.az-ın məlumatına görə, bunu bu gün Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin (növbədənkənar) VI qurultayındakı çıxışı zamanı Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov deyib

PA rəsmisi Azərbaycanın hər il dövlət büdcəsindən üç-dörd milyard dolları bu məqsədlə ayırdığını bildirib: "Azərbaycan ordusu bölgənin texniki cəhətdən ən təmin olunmuş, döyüş qabliyyəti yüksək olan ordusu hesab edilir. Aprel döyüşləri göstərdi ki, Azərbaycan ordusu nəyə qadirdir. Əgər bu gün bizə mane olmasalar və yaxud biz ermənilərin Azərbaycan torpaqlarını azad etməyəcəyi qənaətinə gəlsək, qısa müddətdə - bir həftənin, bir ayın içində Azərbaycan torpaqlarını azad etmək gücündəyik . İnanın, buna bu gün ordumuzun həm milli iradəsi çatır, həm də ordudakı və Azərbaycan cəmiyyətindəki vətənpərvərlik hissi buna imkan verir. Həm də bütövlükdə texniki, hərbi hazırlığımız o səviyyədədir ki, 1 ayın içərisində Ermənistanın ərazisini götürə bilərik”.

Ə.Həsənov deyib ki, Azərbaycan millitarist siyasət yürütmür və yalnız öz torpaqlarını geri istəyir: "Biz qaçqın, köçkün vəziyyətinə gəlmiş 1 milyon qaçqınımızı öz doğma yurdlarına qaytarıb, o əraziləri yaşayış üçün bərpa etmək istəyirik. Gördünüz ki, Cocuq Mərcanlı qısa müddət ərzində necə bərpa oldu, yaşayış üçün müasir hala gətirildi”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...