Qənirə Paşayeva: Özünüzü bu qədər gülünc yerinə qoymayın!
Millət vəkili Qənirə Paşayeva bəzi qruplar tərəfindən ona qarşı sosial şəbəkələrdə başladılan kampaniyaya sərt reasksiya verib.
Mynews.az-ın xəbərinə görə, millət vəkili Avropa Şurasındakı fəaliyyətini, xüsusilə, Xocalı soyqırımı və Qarabağ məsələsi ilə bağlı Türkiyədə apardığı işi hədəfə çevirənləri kəskin şəkildə qınayıb.
“Bir az əvvəl İzmirdə Xocalı soyqırımı tədbiri sonrası dostlar mənə əleyhimə bəzi “mənbə”lərin başlatdığı şər-böhtan, qara piar kampaniyası haqqında bəzi yazılar göstərdi.
Nə deyim… Allah sizə ağıl versin!
O qədər ağılsızsınız ki, ağıllı, məntiqli bir qaralama kampaniyası da düşünə bilmirsiniz.
Nə zaman işğalçı Ermənistanla bağlı, separatçılarla bağlı, qardaş Türkiyəyə qarşı olan terrorçu təşkilatlarla bağlı sərt açıqlamalarım geniş yayılır, əleyhimə hansısa mənbələrin təbliğatı, şər-böhtan kampaniyası başlayır.
Və ya bəzi kimliyini bildiyim şəxslərin mənə bəlli səbəblərdən dolayı yandaşları vasitəsilə əleyhimə bu cür şər-böhtanları yayma fəaliyyəti.
Adınızı açıqlamaq o qədər çətin deyil. Sadəcə, adınızı yazmama belə layiq deyilsiniz.
Mən Türk qızıyam!
Allahdan belə qorxmadan şər-böhtan, yalanla məşğul olanlardan və onların anti-təbliğatlarından qorxsaydım, illərlə Dövlətim, Vətənim və Millətim üçün mübarizə apara bilməzdim.
Çünki illərdir bu cür yalanlarla, şər-böhtanlarla mənə təsir etmək istəyənlər az olmadı.
Avropa Şurasında xeyli zaman əvvəl iclasa tələsərkən bir azərbaycanlının “sizinlə foto çəkdirəcəm”, - deyərək, qəfil kənardan çəkdiyi bir selfi fotonu və elə o fotoda onun necə bir şəraitdə çəkildiyini görmək mümkün olduğu halda, ağlına gələni yazaraq guya mənim əleyhimə təbliğat aparmaq düşüncəsinə düşənlərə, sadəcə, bunu söyləmək istəyirəm.
Millətimiz hər şeyi yaxşı görür və bilir. Hər hansı tədbirlərdə bizə yaxınlaşaraq foto çəkdirmək istəyən bəzən onlarla soydaşımızdan orada kimliyini sorğulamağın mümkünsüzlüyünü də…
Onların hamısını tanımağın, nə ilə məşğul olduğunu araşdırmağın imkansızlığını da…
Və ya kənardan yaxınlaşaraq qəfil sizinlə uzaqdan bir selfi kadrı çəkən insanla bağlı araşdırma aparmağın mümkunsüzlüyünü də…
Özünüzü bu qədər gülünc yerinə qoymayın!”, - deyə o, əlavə edib.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 980 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 951 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 941 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 940 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 938 dəfə oxunub