I vitse-prezident DSX-nin yeni tədris korpusunun açılışında - FOTO
Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin yeni tədris korpusunun açılışı olub.
Mynews.az-ın məlumatına görə, Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev M. Əliyevaya məruzə edib. Birinci vitse-prezident yeni tədris korpusunun açılışını bildirən rəmzi lenti kəsib.
M. Əliyeva hərbi vətənpərvərlik sinfində I kurs - 5-ci sinifdə təhsil alan kursantlarla görüşüb. Kursantlar M. Əliyevaya xatirə hədiyyəsi təqdim ediblər.
Birinci vitse-prezident kursantlara dərslərində uğurlar, Vətənə layiqli övlad olmaları və gələcəyin peşəkar zabiti kimi yetişmələrini arzulayıb.
Azərbaycan prezidentinin 2014-cü ildə imzaladığı fərmana əsasan, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə xüsusi təyinatlı təhsil müəssisəsi statusu verilib.
Siyasət
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
- Prezident xalqa müraciət edir - CANLI
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 939 dəfə oxunub
- Emin Ağalarov söz verdi 936 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 936 dəfə oxunub